“Bu Konçitanın boyunu yerə soxum...”

“Bu Konçitanın boyunu yerə soxum...”

Hazırda oxunan: “Bu Konçitanın boyunu yerə soxum...”

48565
Əməkdar artist Aybəniz Haşımova “Eurovision 2014”-ün qalibi Konçita Vürstün Azərbaycanın müsabiqədəki ötən ilki təmsilçisi Fərid Məmmədova evlilik təklifinə münasibət bildirib. 


 AzNews.az-a açıqlama verən Haşımova Fəridin belə bir təklifə müsbət cavab verəcəyinə inanmadığını söyləyib: “Fəridi altı yaşından ürəyimin üstündə saxlamışam. O heç vaxt elə şey eləməz”. 

Əməkdar artist tələbəsinin Konçitanın mahnısını ifa etməsinə də münasibət bildirib: “Mahnı gözəldirsə, bütün dünyda oxunacaq. Fərid indiyə kimi dünyanın bir çox məşhur ifaçılarının mahnılarını oxuyub. Amma mənim tələbəm çox namuslu, əqidəli və tərbiyəli oğlandır”. Sənətkar Konçitanı və onu müsabiqəyə buraxanları tənqid etməyi də unutmayıb: “Bu Konçitanın boyunu yerə soxum. Onun belə müsabiqəyə çıxması dünyanın sonu deməkdir. Onu ora binamuslar çıxartdı. Adam ayıbına kor olar da. Allah da deyir ki, yer üzündə şeytana qulluq edən var. Amma onu üzə çıxartmaq yox, gizlətmək lazımdır. Bunu çıxartdılar səhnəyə, arvadları da hörmətdən saldılar, kişiləri də”. 

Qeyd edək ki, Avstriya təmsilçisi Fəridə evlilik təklifi edib: “Əgər məni bəyənirsənsə, barmağıma üzük tax!” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO