Müğənni Xatirə İslam evində çəkdirdiyi fotolar sosial şəbəkədə yayıldıqdan sonra Moderator.az-a açıqlamasında təzə evinə köçməsi xəbərinin həqiqəti əks etdirmədiyini deyib:
“Evim təzə deyil, xanım şəkilləri paylaşıb və adamlar da səhv başa düşüblər. Elə şey yoxdur. Çox sağ olun”.xa0
Xatırladaq ki, şairə Nazilə Səfərli sənətçinin evində qonaq olub. O, ifaçı ilə fotosunu paylaşaraq ona “Yeni evin sağlığına qismət” sözlərini yazıb. N.Səfərli daha sonra paylaşımındakı evlə bağlı sözləri silib. Xatirə isə İstaqramında yayımladığı şəklindəki şərh bölməsini bağlayıb.xa0
Vasif Əlihüseyn

































































































