Roza Zərgərli:  “Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər” – FOTOLAR

Roza Zərgərli: “Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər” – FOTOLAR

Hazırda oxunan: Roza Zərgərli: “Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər” – FOTOLAR

221564
Müğənni Roza Zərgərli maraqlı açıqlaması ilə diqqət çəkib.

Moderator.az Axsam.az-a istinadən xəbər verir ki, sənətçi illərdir omba sümüyü xəstəliyindən əziyyət çəkdiyini bildirib:

“Liposaksiya etdirmişəm. Neçə ildir omba sümüyü xəstəliyindən əziyyət çəkirəm. Yeriməyimdə problem yaradırdı. Canım çox ağrıyır. Əməliyyat etdirdim ki, çəkim azalsın. Omba nahiyəsindəki sümüyə düşən ağırlıq azalmalı idi. Həm də pəhriz saxlayıram. Ona görə də formam qabarıq görünür. Bu da vecimə deyil”.

Roza sosial şəbəkədə onu erməni əsilli dünya ulduzu Kim Kardaşyana bənzədənlərə əsəbiləşib:

“Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər. Ayıb olsun, mənim qədər vətənpərvər yoxdur. Bütün dövlət tədbirlərində iştirak edirəm. Məni o erməniyə bənzədirlər. Bunu da sifarişlə yazdırırlar. Dünən ortaya çıxan sıçovullar etdirir. Deyirlər, ay it, kimi tutarsan, deyir, çörək verəni”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO