Ermənistanın yeni parlamentində onlar fraksiya rəhbərləri seçildi - SİYAHI

Ermənistanın yeni parlamentində onlar fraksiya rəhbərləri seçildi - SİYAHI

Hazırda oxunan: Ermənistanın yeni parlamentində onlar fraksiya rəhbərləri seçildi - SİYAHI

628849

Ermənistanın 9-cu çağırış Milli Assambleyasının hər üç fraksiyası öz rəhbərlərini və katiblərini seçib.

Bizim.Media xəbər verir ki, bu barədə avqustun 2-də parlamentin yeni tərkibdə keçirilən ilk iclasında tribunadan elan edilib.

Hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasına rəhbər Aresyak Manavazyan seçilib, katib vəzifəsinə isə Volodya Akopyan təyin olunub.

Müxalif “Güclü Ermənistan” blokunun parlament fraksiyasına Narek Karapetyan rəhbərlik edəcək. Fraksiyanın katibi isə Tiqran Abramyan olub.

Müxalif “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryan, katibi isə Artur Xaçatryan seçilib.

9-cu çağırış Milli Assambleyada “Mülki müqavilə” partiyası 64 deputat mandatına, “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandatına sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO