İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri MƏHV EDİLDİ

İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri MƏHV EDİLDİ

Hazırda oxunan: İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri MƏHV EDİLDİ

628858

İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS hərəkatının hərbi qanadına məxsus iki bölmə komandirinin zərərsizləşdirildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

SAXAL-ın yaydığı bəyanata görə, Qəzza zolağının cənubuna endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın "Nuhba" xüsusi təyinatlı bölməsinin taqım komandiri Salem Camal Əbd əl-Rəhman Əbu Ləbədi məhv edilib.

Bildirilib ki, o, 2023-cü il oktyabrın 7-də İsrailin Nir-Oz kibutsuna həyata keçirilən hücumda iştirak edib.

Məlumata əsasən, Qəzza zolağının mərkəzi hissəsinə endirilən digər hava zərbəsi zamanı isə HƏMAS-ın "Məğazi" batalyonunun komandiri Məhəmməd Əbd əl-Nasser Xatibi zərərsizləşdirilib.

SAXAL-ın mətbuat xidməti qeyd edib ki, hər iki şəxs İsrail hərbçilərinə qarşı hücum hazırlığında iştirak etdiklərinə görə dəqiq hava zərbələri ilə məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO