“Həyatımda inanılmaz dəyişiklik baş verib”¦”x9d  - Nigar Camal

“Həyatımda inanılmaz dəyişiklik baş verib”¦”x9d - Nigar Camal

Hazırda oxunan: “Həyatımda inanılmaz dəyişiklik baş verib”¦”x9d - Nigar Camal

107510
Eurovision 2011" qalibi Nigar Camal özəl həyatı ilə bağlı etiraflar edib.

Moderator.az xəbər verir ki, müğənni "Onlar" verilişinə açıqlamasında həyatında dəyişiklik olduğunu bildirib:

"Həyatımda inanılmaz dəyişiklik baş verib. İnanılmaz sürpriz oldu. Bunun nə olduğunu deyə bilmərəm".

Qızlarından danışan N.Camal övladlarının incəsənəti seçməsinə mane olmayacağını söyləyib:

"Qızlarıma qarşı sərt deyiləm. Onlar Londonda yaşayırlar. Çox ayrı qalıram, görəndə isə nə istəyirlər edirəm. Balaca qızım Səidənin aktrisalıq qabiliyəti var. Əgər İngiltərədə istəsə, ona aktrisa olmağa icazə verərəm. Hansı peşəni seçsələr, dəstək olacam".

Müğənni Türkiyə şou-biznesinə qatılmasına da aydınlıq gətirib. O, Rusiyadakı fəaliyyətindən imtina etməsinin səbəbini açıqlayıb:

"Mənim üçün Türkiyə şou-biznesində çox maraqlı oldu. Deyə bilmərəm ki, işim "partladı, mən ulduzam". Amma yaxşı alındı. Rusiya şou-biznesi məni heç çəkmirdi. Düzdür, orada tanınmaq çətindir. Dima Bilanla duetimiz "partladı", uğurlu alındı. Amma Türkiyəni daha çox sevdim".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO