“Erməni cinayətlərilə bağlı beynəlxalq konfrans keçirilsin” – TƏKLİF  

“Erməni cinayətlərilə bağlı beynəlxalq konfrans keçirilsin” – TƏKLİF  

Hazırda oxunan: “Erməni cinayətlərilə bağlı beynəlxalq konfrans keçirilsin” – TƏKLİF  
98390
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Beynəlxalq nümayəndələrin iştirakı ilə erməni cinayətlərilə bağlı konfransın keçirilməsini təklif edirəm”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn səsləndirib.

“Mütəxəssislər, siyasətçilər, tarixçilər, jurnalistlər dəvət edilsin. Ən azı ilk növbədə Türk Dövlətləri Təşkilatının nümayəndələrini dəvət edə bilərik”, - Pənah Hüseyn əlavə edib.  

AXP sədri qeyd edib ki, beynəlxalq hüquq böhran keçirir:  

“Ukraynada bunu canlı olaraq görürük. Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə vəziyyət daha da pisləşəcək. Ermənilərin yenidən strategiya dəyişikliklərini müşahidə edirik. Biz də uyğun olaraq, buna qarşı cavab tədbirlərinə hazır olmalıyıq”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO