Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı

Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı

Hazırda oxunan: Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı

92822
“Azərbaycan Prezidenti Milli Məclisə seçkiləri təyin edəndən sonra Mərkəzi Seçki Komissiyası (MSK) dərhal qanunauyğun addımlar atmağa başlayıb”x9d.
 
Moderator.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, bu gün iclasın gündəliyinə daxil edilən sənədlər seçkilər üçün mühüm əhəmiyyət kəsb edir.

Daha sonra iclasda sənədlərin müzakirəsinə başlanıb. Gündəliyə “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə hərəkət və tədbirlərin Təqvim Planı”x9dnın təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması və imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlmatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi daxil edilib.
 
Təqvim planına əsasən, Milli Məclisin deputatlığına namizədliklərin irəli sürülməsinə artıq start verilib.
 
Müzakirələrdən sonra sənədlər MSK üzvləri tərəfindən qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO