“Londonda səfirliyimizə hücumun arxasında erməni lobbisi dayanır” – Allahşükür Paşazadə 

“Londonda səfirliyimizə hücumun arxasında erməni lobbisi dayanır” – Allahşükür Paşazadə 

Hazırda oxunan: “Londonda səfirliyimizə hücumun arxasında erməni lobbisi dayanır” – Allahşükür Paşazadə 
87488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Londondakı səfirliyimizdə özlərini din adamı sayan radikallar vandalizm hərəkətləri edib. Bayrağımızın çıxarılması, atılması hörmətsizlikdir. Biz o bayraq üçün minlərlə qurban vermişik, işğaldan azad olunan torpaqlarımızda həmin bayrağı dalğalandırmışıq. İndi bayrağı təhqir etmək bütün milləti təhqir etməkdir. Buna qarşı bütün millət cavabını verməlidir".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Londondakı səfirliyimizə hücumu hansı ölkələr pisləyib? – SİYAHI 


“Həmin gün bütün dini konfessiya rəhbərləri mənə zəng etdilər və birgə bəyanatla çıxış etdik. Xarici İşlər Nazirliyimiz vasitəsilə bütün səfirliklərə və üzv olduğum dini mərkəzlərə göndərdik. Türkiyənin Dini Qurumlarla İş üzrə Komitəsinə təşəkkür edirəm ki, həmin gün zəng etdi, öz narahatlığını bildirdi. Digər türk dövlətlərinin də nümayəndələri öz narahatlıqlarını çatdırdılar.

Mən hər birinə təşəkkür edirəm. İngiltərədə belə bir hadisənin baş verməsi bizi çox məyus edir. Bunun arxasında bizim bəzi qüvvələrin və erməni lobbisinin ola biləcəyini düşünürəm. Hadisəni törədən şəxslərin cəzalandırılmasını və həmin qüvvələrin ölkədən çıxarılmasını tələb edirik". Apa.az onun dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO