Mikayıl Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - FOTO
86631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd şəhərində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir Twitter səhifəsində yazıb.

"Qəbulda Prezident İlham Əliyevin salamlarını çatdırdıq. İki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı. İki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır", - deyə o, qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO