Laçın dəhlizinə alternativ yolda tikinti işləri nə yerdədir? – Erməni tərəfini GÖZLƏYİRİK

Laçın dəhlizinə alternativ yolda tikinti işləri nə yerdədir? – Erməni tərəfini GÖZLƏYİRİK

Hazırda oxunan: Laçın dəhlizinə alternativ yolda tikinti işləri nə yerdədir? – Erməni tərəfini GÖZLƏYİRİK

86428

2020-ci ilin 10 noyabrından imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən Ermənistanla Qarabağda yaşayan erməni əhalinin gediş-gəlişini təmin etmək üçün 3 il ərzində Laçın şəhərindən yan keçməklə yeni yolun tikilməsi məsələsi öz əksini tapıb.

Lakin Azərbaycan tərəfindən verilən rəsmi açıqlamalar yolun daha qısa müddətdə hazır olacağı ehtimallarını daha da gücləndirib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətindən Bizim.Media-ya verilən açıqlamaya görə isə yolun tikintisilə bağlı işlər davam etdirilir:
 

MÖVZU İLƏ BAĞLI:

Laçın dəhlizinə alternativ yolun tikintisindən GÖRÜNTÜLƏR 


“Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinin asfaltlanmasına başlanılıb Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir”,

Qurumun məlumatına görə, tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Azərbaycan tərəfinin çəkdiyi yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişəcək.
Yeni yol Laçın rayonunun 6 kəndindən keçəcək.

Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin iyulun 30-da yaydığı məlumatda isə qeyd olunub ki, Laçın şəhərindən yan keçən dəhlizin Ermənistan ərazisinə düşən hissəsinin tikintisinə avqustda başlanacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO