Bu vəkillərə 2.6 milyon manat ödənildi

Bu vəkillərə 2.6 milyon manat ödənildi

Hazırda oxunan: Bu vəkillərə 2.6 milyon manat ödənildi
7494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2020-ci ildə məhkəmə və cinayət prosesini həyata keçirən digər orqanlar tərəfindən qəbul edilmiş dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənişi nəzərdə tutan ümumlikdə 21 913 qərar icra edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2020-ci il üçün hesabatında qeyd edilib.

İcra edilmiş həmin qərarlar üzrə ümumilikdə 2 milyon 664 min 167 manat vəsait istifadə olunub. Bu da dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin 48 %-ni təşkil edir. İcra edilmiş qərarların faiz nisbəti isə 100 faiz təşkil edib.

Hesabatda qeyd edilib ki, Vətən müharibəsi zamanı Vəkillər Kollegiyasının 7 üzvü döyüşlərə qatılıb və Rəyasət Heyəti tərəfindən onların ailə üzvlərinə hərbidə olduqları müddət aylıq şəkildə maddi yardım göstərilib:

“O cümlədən əlamətdar haldır ki, Dövlət başçısının sərəncamları ilə vəkillərdən Kərimov Fərhad Azad oğlu “Cəsur döyüşçü”, Əzimov Rauf Nəriman oğlu isə "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif ediliblər. Eyni zamanda Rəyasət Heyətinin müvafiq qərarına əsasən, vəkillər tərəfindən şəhid ailələrinə və yaralanmış qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qət olunub".

"Həmçinin şəhid ailələrinin vəkil qurumuna getməsinə ehtiyac olmadan vəkillərin özlərinin həmin şəxslərin evlərinə getməklə yerində hüquqi yardımın göstərilmələri qərara alınıb”, - hesabatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO