TÜRKSOY-un yeni Baş katibi kollektivə təqdim olundu - FOTO

TÜRKSOY-un yeni Baş katibi kollektivə təqdim olundu - FOTO

Hazırda oxunan: TÜRKSOY-un yeni Baş katibi kollektivə təqdim olundu - FOTO

69213

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yeni Baş katibi Sultan Rayev TÜRKSOY-un kollektivinə təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu münasibətlə TÜRKSOY-un Mərkəzi Qərargahında rəsmi mərasim keçirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən mərasimə TÜRKSOY-a üzv ölkələrin Türkiyədə fəaliyyət göstərən səfirləri də qatılıblar.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da mərasimdə iştirak edib.

Tədbirdə sabiq Baş katib Düsen Kaseinovun təşkilata rəhbərliyi dövründə TÜRKSOY-un fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də nəticələrin səmərəliliyin artması istiqamətində görülən işlər yüksək dəyərləndirilib.

Professor Düsen Kaseinova xoş arzular, gələcək fəaliyyətindən uğurlar arzulanıb.

Əminliklə ifadə olunub ki, yeni Baş katibi Sultan Rayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının fəaliyyətinin daha da yüksəlişi naminə böyük səylər göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO