Vurğun Əyyub:  “Qeyri-legitim şəxsin təyinatlarını legitim hesab edə bilmərəm”x9d

Vurğun Əyyub: “Qeyri-legitim şəxsin təyinatlarını legitim hesab edə bilmərəm”x9d

Hazırda oxunan: Vurğun Əyyub: “Qeyri-legitim şəxsin təyinatlarını legitim hesab edə bilmərəm”x9d

65788
“Mən nə Müsavat Partiyasının Məclisini legitim sayıram, nə də özümü o Məclisin üzvü... Nə seçki keçirirlər, o da məni maraqlandırmır”x9d.

Bunu APA-ya açıqlamasında sabah Müsavat Partiyasının Məclisinə və Məclis sədrliyinə keçirilən seçkilərə münasibət bildirən partiyanın Məclis üzvü Vurğun Əyyub deyib.
 
Müsavat başqanı Arif Hacılının müavin və müşavirlərlə bağlı təyinatlarına da münasibət bildirən V. Əyyub deyib ki, həmin təyinatlar da qeyri-legitimdir: “Qeyri-legitim şəxsin təyinatlarını legitim hesab edə bilmərəm”x9d. 
 
V. Əyyub Müsavat Partiyasının gələcəyinə də toxunub: “Mən Müsavat Partiyasının gələcəyini yaxşı görmürəm. Hesab edirəm ki, partiyada demokratik idarəetmə pozulub, bu, bərpa olunmayınca partiyanın güclənməsi və hər hansı uğur qazanmasını da mümkün hesab etmirəm”x9d.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO