Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

Hazırda oxunan: Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

632745

Azərbaycan Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə həmkarı Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda qeyd edilib.
 

"Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.


İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO