"İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevirib"

Hazırda oxunan: "İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevirib"
629324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Prezident İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlukəsizliyinin əsas təminatçısına çevirib. 
 
Enerji sahəsində son bir ildə imzalanan sənədlər və bu gün Avropa İttifaqının yaxından dəstəyilə Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın enerji şirkətləri  arasında əməkdaşlığın təşviqi ilə bağlı Sofiyada imzalanan Anlaşma Memorandumu bir daha onu göstərdi ki,  Prezident İlham Əliyev Azərbaycanı Cənubi-Şərqi Avropanın enerji təhlukəsizliyinin əsas təminatçısına çevirməyi bacarıb.
 
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar dünyadakı mövcud enerji böhranının yaratdığı yeni şəraiti vaxtında və dəqiq qiymətləndirən Azərbaycan Avropa bazarında yerini kifayət qədər möhkəmləndirdi.
 
Artıq, Azərbaycan Avropa üçün vazkeçilməz, strateji və etibarlı müttəfiqə çevrilibdir. Hamıya yaxşı məlumdur ki, enerji məsələsi təkcə iqtisadiyyat deyil, həm də geosiyasi maraqların və siyasi təhlükəsizliyin ən etibarlı təminatçısıdır. 
 
Yeri gəlmişkən, Kopenhagendə ATƏT PA-nın büro iclasına qatılan alman deputatlardan biri dünən mənimlə söhbətdə dedi ki, ölkəsində ehtiyat anbarlarına vurulan təbii qaz tükənmək üzrədi və gələn il Almaniyada enerji təchizatında ciddi böhran yaşanacaq. Azərbaycan bu sahədə bizə nə kömək edə bilər, deyə soruşdu.
 
Dedim ki, Azərbaycan 2013-cü ildə  Almaniyaya Nabucco layihəsini təklif etmişdi və əgər, o vaxt rəsmi Berlin bu layihəyə dəstək versəydi, indi Almaniyanın qaz təchizatında vəziyyət tamam fərqli olardı.
 
Həmkarımın isə mənim cavabıma reaksiyası maraqlı oldu və soruşdu: yenidən bu layihəyə qayıtmaq olar?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO