Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Hazırda oxunan: Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

622838

Azərbaycan Ordusu beynəlxalq sülhə, sabitliyə uzun illərdir töhfə verir.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun sülhməramlı əməliyyatları Kosova, Əfqanıstan, İraqda, Cənubi Sudanda olub:
 

"Hazırda Azərbaycan Ordusu Cənubi Sudanda bu missiyanı həyata keçirir. Azərbaycanın bu addımları beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirililib. Bu həm də Azərbaycan Ordusunun nüfuzunun artması, yeni əməkdaşlıq imkanlarının yaranması deməkdir". General-mayor əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatlar bu gün də davam edir.


Qeyd edək ki, Milli Məclis 2018-ci il noyabrın 30-da azərbaycanlı sülhməramlıların BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etməsinə razılıq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO