BƏƏ lideri: “Cənab Prezident, ən yüksək hörmətimi qəbul etməyinizi xahiş edirəm".

BƏƏ lideri: “Cənab Prezident, ən yüksək hörmətimi qəbul etməyinizi xahiş edirəm".

Hazırda oxunan: BƏƏ lideri: “Cənab Prezident, ən yüksək hörmətimi qəbul etməyinizi xahiş edirəm".

614853

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media təbrik məktubunun mətnini təqdim edir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktum da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

Zati-alinizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO