“Biz bu gün BMT çərçivəsində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında rekord sayda beynəlxalq şəhər nümayəndələrini bir araya gətirmişik. Bəşəriyyət tarixinin həlledici mərhələsindəyik. Artıq problemləri görməzlikdən gəlmək və köhnə yanaşmalarla davam etmək lüksümüz yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13-ün bağlanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, şəhərlər bu gün bəşəriyyət üçün qlobal istiqamətverici rolunu oynayır:
"Dünyada artan qeyri-bərabərlik, ayrı-seçkilik, sürətli urbanizasiya, məcburi köçkünlük və iqlim böhranının dağıdıcı təsirləri qarşısında yeni yanaşmalara ehtiyac var. Mənzil yalnız əsas insan ehtiyacı deyil. Mənzil iqtisadi sabitliyin açarıdır. İnsanların təhlükəsiz və inteqrasiya olunmuş cəmiyyətlərdə yaşaması üçün əsas şərtdir. Mənzil böhranlarının qarşısının alınması vacib amildir. Buna görə də mənzil siyasəti prioritet məsələ olmalıdır".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:14 / 22.05.2026
“Bəşəriyyət tarixinin həlledici mərhələsindəyik”
Hazırda oxunan: “Bəşəriyyət tarixinin həlledici mərhələsindəyik”
Hazırda oxunan: “Bəşəriyyət tarixinin həlledici mərhələsindəyik”
614813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































