Siyasi məhbuslara azadlıq tələbi ilə piket keçiriləcək

Siyasi məhbuslara azadlıq tələbi ilə piket keçiriləcək

Hazırda oxunan: Siyasi məhbuslara azadlıq tələbi ilə piket keçiriləcək

61472
Demokratiya və İnsan Haqları Mərkəzi noyabrın 19-da “Siyasi Məhbuslara azadlıq!”x9d şüarı ilə piket keçirməklə bağlı qərar qəbul edib.

Bu haqda "Azadlıq" radiosuna Xalq Partiyasının sədri Pənah Hüseyn məlumat verib. 

Onun sözlərinə görə, piketin keçirilməsi ilə bağlı noyabrın 13-də Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib:

“Piket Prezident Administrasiyası, Ali Məhkəmə və ya Baş Prokurorluğun binasının qarşında keçirləcək. Piketin bu üç qurumdan hansının qarşısında keçiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək.”x9d

Demokratiya və İnsan Haqları Mərkəzində Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq, Azad Demokrat partiyaları təmsil olunur.

Elşad Allahverdiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO