BMT rəsmisi: Dünyada 3 milyard insan qeyri-adekvat şəraitdə yaşayır – VİDEO

BMT rəsmisi: Dünyada 3 milyard insan qeyri-adekvat şəraitdə yaşayır – VİDEO

Hazırda oxunan: BMT rəsmisi: Dünyada 3 milyard insan qeyri-adekvat şəraitdə yaşayır – VİDEO

613818

Bu gün dünyada təxminən 3 milyard insan qeyri-adekvat yaşayış şəraitində yaşayır.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dünyada 1 milyarddan çox insan gecəqondularda yaşayır, 300 milyondan artıq insan isə evsizlik problemi ilə üz-üzədir.

Rossbax bildirib ki, bu problem artıq ayrı-ayrı bölgələri deyil, bütün dünyanı əhatə edən sistemli və qlobal böhrana çevrilib.
 

BMT rəsmisi qeyd edib ki, sürətli urbanizasiya, iqtisadi bərabərsizlik, iqlim dəyişiklikləri və münaqişələr yaşayış böhranını daha da dərinləşdirir.


O vurğulayıb ki, şəhərlərin davamlı inkişafı və əlçatan mənzil siyasəti gələcək dövr üçün əsas prioritetlərdən biri olmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO