Lans Braun Ağ Şəhər layihəsinin unikallığından DANIŞDI - VİDEO

Lans Braun Ağ Şəhər layihəsinin unikallığından DANIŞDI - VİDEO

Hazırda oxunan: Lans Braun Ağ Şəhər layihəsinin unikallığından DANIŞDI - VİDEO
613662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində təcrübə və həll yollarının paylaşılması baxımından mühüm platformadır.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Habitat Peşəkarları Forumunun həmsədri, Dayanıqlı Urbanizasiya Konsorsiumunun təsisçilərindən biri Lans Braun deyib.

O qeyd edib ki, uzun illərdir şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərir, həmçinin Ümumdünya Şəhərsalma forumlarının əksəriyyətində iştirak edib.

Lans Braunun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat müxtəlif ölkələrdən mütəxəssisləri bir araya gətirərək dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsi aparır.
 

Forum iştirakçısı Bakının Ağ Şəhər layihəsini xüsusi qeyd edərək, ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılmasını urbanizasiya baxımından mühüm addım kimi qiymətləndirib. O, Azərbaycanın mədəni infrastrukturu, ictimai məkanları və şəhərsalma yanaşmasından müsbət təəssürat aldığını bildirib.


Bununla yanaşı, enerji və nəqliyyat sahəsində uzunmüddətli yanaşmaların vacibliyini vurğulayıb, alternativ enerji mənbələrinin inkişafının ətraf mühitin qorunması baxımından əhəmiyyətini qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO