Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

Hazırda oxunan: Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

612729

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rossbax "X" sosial şəbəkəsində yazıb.

"Növbəti həftə Bakı şəhərlərin gələcəyi, mənzil sahəsi və dayanıqlı şəhər inkişafı məsələlərinə qlobal diqqətin cəlb olunmasında mühüm rol oynayacaq", - o yazıb.

A.Rossbax, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə WUF13-ün hazırlığına göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib.
 

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə həsr edilib.


Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün WUF13 ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisində görülən işlərlə tanış olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO