Avronest Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd etdi

Avronest Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd etdi

Hazırda oxunan: Avronest Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd etdi

602352
Avronest Parlament Assambleyası Ermənistanın Laçın yolu ilə bağlı 7 qətnaməsini rədd edib.
 
Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avronest Parlament Assambleyasının 10-cu sessiyası başa çatıb.
 
Sessiyada Milli Məclisin nümayəndə heyəti iştirak edib.
 
10-cu sessiyanın yekun sənədinə Ermənistan nümayəndə heyəti tərəfindən 12 dəyişiklik təklif olunub. Dəyişikliklər “Laçın koridorunun açılması”, “Dağlı Qarabağın blokadan çıxarılması”, “Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT Minsk qrupunun aktivləşdirilməsi” kimi çağırışları əhatə edib. Azərbaycan nümayəndə heyətinin həm iki tərəfli görüşlərdə etdiyi səylər, həm də komitə və plenar iclaslarda çıxışlarda gətirdiyi arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.
 
Bu fakt bir daha hər kəsin regionda sülh, qanuni yaşayış və inkişafın tərəfində olduğunu göstərir.
 
Avronest PA Milli Məclisi deputat Tahir Mirkişilinin rəhbərliyi ilə 6 deputat təmsil edib.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO