"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ – FƏRMAN

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ – FƏRMAN

Hazırda oxunan: "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ – FƏRMAN
592818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə Sistemin ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

RİNN isə Əsasnamədə qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli və bu barədə dövlət başçısına məlumat verməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO