Hikmət Hacıyev və Qriqoryan "Euronews"a birlikdə müsahibə verdilər - FOTO

Hikmət Hacıyev və Qriqoryan "Euronews"a birlikdə müsahibə verdilər - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev və Qriqoryan "Euronews"a birlikdə müsahibə verdilər - FOTO
584729
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə ilk dəfə Dohada “Euronews” telekanalına müsahibə veriblər.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin rəhbərliklərini təmsil edən rəsmilər ilkin olaraq, sülh prosesinin necə başladığını və hər iki ölkənin “etimad divarına daha bir kərpic” əlavə edərək Avrasiya məkanında güclü iqtisadi əməkdaşlığa doğru irəlilədiklərini açıqlayıblar.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Euronews-ə bildiriblər ki, danışıqlara 2020-ci ildə, iki ölkə arasında son qarşıdurmadan sonra başlanılıb, bu proses Avropa İttifaqının dəstəyi ilə aparılıb və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında tarixi sülh razılaşması ilə nəticələnib.

Hikmət Hacıyev və Qriqoryan

Hikmət Hacıyev bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra tərəflər “mövcud fikir ayrılıqlarını kənara qoyaraq” sülhə doğru irəliləmək barədə qərar veriblər.


Qriqoryan isə bildirib ki, rəhbərliklər bölgəyə sülh və sabitliyi necə gətirmək barədə düşünürdülər və bu da sülhün institutlaşdırılması və irəliləmək barədə müzakirələrə yol açıb.

“Bütün münaqişələrdə tərəflər bir-birinə etibar etmir. Amma biz buna doğru işləyirik. Məşhur mahnının dediyi kimi, bu, divara əlavə edilmiş bir parça kərpicdir, müsbət mənada. Biz bu etimad divarını qurmağa çalışırıq və bu istiqamətdə hərəkət edirik”, - Qriqoryan əlavə edib.

Hikmət Hacıyev və Qriqoryan

Azərbaycan nümayəndəsi isə birgə sülh prosesini “dünya miqyasında münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsi” kimi qiymətləndirib.


Hikmət Hacıyev deyib ki, iki ölkə arasında Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) həyata keçiriləcək və bu Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişdirəcək.

Qeyd edilib ki, indiki sülh prosesi gələcək nəsillər üçün nəzərdə tutulub və hər iki ölkə, onlar tərəfindən “etimad yaratma tədbirləri” adlandırılan layihələr üzərində işləyir ki, hər iki xalq bu prosesdə iştirak etsin.

Qriqoryan bildirib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı maraqları artıracaq, sülhü və hər iki cəmiyyət üçün iqtisadi mənfəəti gücləndirəcək:

Hikmət Hacıyev və Qriqoryan

“Biz bu istiqamətdə irəliləyirik və bunun sübutu da odur ki, mən Hikmət Hacıyevlə Dohada sizin studiyanızda oturmuşam”.

Rəsmilər yekunda müharibənin bitdiyini, sülhün gələcək nəsillər üçün əbədi olması və hər iki ölkənin indi birgə gələcəyə baxmalı olduğunu vurğulayıblar:

“Müharibə keçmişdə qalıb. Sülh isə əbədi olmalıdır”.

Hikmət Hacıyev və Qriqoryan

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO