Pakistan prezidenti İlham Əliyevə "vaxtı düzgün seçmişdiniz" dedi - FOTO

Hazırda oxunan: Pakistan prezidenti İlham Əliyevə "vaxtı düzgün seçmişdiniz" dedi - FOTO

48061

Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

Bizim.Media prezidentlər arasında dialoqu təqdim edir:

Prezident Arif Alvi: Salaməleyküm, Zati-aliləri.

Prezident İlham Əliyev: Salam. Sizi bir daha görməyə çox şadam. Sizin Azərbaycana səfərinizi xatırlayıram, birlikdə yaxşı vaxt keçirdik.

Prezident Arif Alvi: Siz öz torpaqlarınızı geri qaytardıqdan sonra birinci dəfədir ki, görüşürük.

Prezident İlham Əliyev: Bəli, dəstəyiniz üçün çox sağ olun.

Prezidenti Arif Alvi: Mən həmişə demişəm ki, biz bunu Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz. Dünya bunu qəbul etdi, bunu etmək lazım idi. Əslində bu, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış bir addım idi.

Prezident İlham Əliyev: Demək olar ki, 30 il ərzində icra olunmamışdır.  

Görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.

*** 16:19

Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

 

MÖVZU İLƏ BAĞLI:

Qurbanqulu Berdiməhəmmədov: “Azərbaycan inandırıcı qələbə qazanıb”


Bizim.Media xəbər verir ki,görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO