Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar - Foto

Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar - Foto

Hazırda oxunan: Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar - Foto
646608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misirin Sakkara nekropolunda aparılan arxeoloji qazıntılar zamanı 100-dən çox mumiya, çoxsaylı sarkofaqlar və uzun müddət kimə məxsus olduğu bilinməyən kraliça Neytin piramidası aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Daily Galaxy” nəşri yazıb.

Arxeoloqlar 2010-cu ildə firon Teti piramidasının yaxınlığında kiçik bir piramida aşkarlayıblar. Lakin onun kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmayıb. On il sonra piramidanın yaxınlığındakı dəfn məbədinin təmizlənməsi zamanı divarlarda və obeliskdə kraliça Neytin adı tapılıb. Onun firon Teti ilə evli olduğu müəyyənləşdirilib.

Qazıntılar zamanı ərazidə 22 dəfn quyusu da aşkarlanıb. Buradakı qəbirlərin əksəriyyəti eramızdan əvvəl 1550–1186-cı illəri əhatə edən Yeni Padşahlıq dövrünə aiddir.
 

2021-ci ildə 50-dən çox taxta sarkofaq aşkar edildiyi açıqlanıb. 2022-ci ilin sonuna qədər isə onların sayının 300-ə yaxınlaşdığı bildirilib. Sarkofaqların bir çoxu insan üzlərinin təsvirləri və “Ölülər kitabı”ndan səhnələrlə bəzədilib.


Arxeoloqların fikrincə, firon Teti ölümündən min ildən çox vaxt keçməsinə baxmayaraq, misirlilər tərəfindən ilahi varlıq kimi qəbul edilib və insanlar onun piramidasının yaxınlığında dəfn olunmağa üstünlük veriblər.

Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO