Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir - CNN

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir - CNN

Hazırda oxunan: Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir - CNN
646610
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya cəbhədə irəliləməkdə uğursuzluğa düçar olduğu üçün qış ərəfəsində Ukraynaya hücumlarını gücləndirib. Moskva bununla ölkə iqtisadiyyatını tamamilə məhv etməyə və bir neçə sahədə genişmiqyaslı böhran yaratmağa çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə CNN nəşri analitiklərin fikirlərinə istinadən məlumat yayıb.

Analitiklərin sözlərinə görə, Rusiya raketləri və pilotsuz uçuş aparatları Ukraynanın enerji infrastrukturuna əvvəlki illərlə müqayisədə daha intensiv və daha erkən zərbələr endirir. Kreml həmçinin Ukrayna iqtisadiyyatına daha böyük ziyan vurmaq məqsədilə hədəflərin dairəsini genişləndirib.

“New Eurasian Strategies Centre”in analitiki Con Lou hesab edir ki, Rusiyanın hava hücumları artıq açıq şəkildə Ukrayna iqtisadiyyatını məhv etməyə yönəlib.

Onun sözlərinə görə, Putin Donbasda yeni qüvvələri döyüşə göndərməklə və irəliləməyə çalışmaqla qələbə qazana bilməyəcəyini anlayıb. Buna görə də müharibənin gedişatını dəyişdirməyin yeganə yolunu Ukrayna iqtisadiyyatını dağıtmaqda görüb.
 

Dünya üzrə münaqişələri izləyən ACLED təşkilatının Şərqi Avropa üzrə tədqiqatçısı Kristian Vlas isə bildirib ki, bu qış Ukraynanı ötən illə müqayisədə daha erkən və ağır humanitar vəziyyət gözləyir.


Məlumata görə, Ukraynada mülki əhali arasında ölüm halları müharibənin ilk aylarından bəri ən yüksək həddə çatıb. ACLED-in məlumatına əsasən, 2026-cı ilin əvvəlindən Rusiya hücumları nəticəsində 2700-dən çox ukraynalı mülki şəxs həlak olub.

Bundan başqa, 2026-cı ildə Rusiyanın Ukraynaya endirdiyi zərbələrin sayı davamlı olaraq artıb. Yanvarda 3650 hücum qeydə alındığı halda, oktyabrda bu göstərici 5532-yə yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO