İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi - Foto

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi - Foto

Hazırda oxunan: İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi - Foto
646637
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığınız səmimi təbriklərə görə təşəkkür edirəm.

8 noyabr torpaqlarımızın azad edilməsini və təxminən otuz illik işğalın sona çatmasını qeyd edən, xalqımız üçün əlamətdar bir gündür.
 

Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız bizim daimi dostluğumuzun və qardaşlığımızın daha bir sübutu idi", - paylaşımda deyilir.


Xatırladaq ki, Ş. Şərif təbrikində 8 Noyabrı Azərbaycan xalqının cəsarət, qətiyyət və fədakarlığının tarixi sübutu adlandırıb.

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO