
- A-
- A
- A+
Dehli dünyanın ən çirkli havasına malik şəhəri olub
Hindistanın paytaxtı Dehli dünyanın havası ən çox çirklənmiş böyük şəhəri elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçrənin IQAir təşkilatı məlumat yayıb.
Məlumata görə, noyabrın 7-də Dehlidə hava çirkliliyi göstəricisi 581-ə çatıb. Bununla da şəhər dünya üzrə ilk sırada qərarlaşıb. Pakistanın Lahor şəhərində isə bu göstərici 285 olub.
Dehlidə havanın çirklənməsi son səkkiz ilin ən yüksək səviyyəsinə çatıb.
Çirklənmənin əsas səbəbləri avtomobillərin tüstüsü, tikinti tozları və kənd təsərrüfatı tullantılarının yandırılmasıdır.
Bundan başqa, noyabrın 8-də qeyd olunacaq Diwali bayramında fişənglərdən istifadə havanın daha da çirklənməsinə səbəb ola bilər.
Vəziyyətlə əlaqədar məktəblərə distant təhsilə keçmək, insanlara isə mümkün qədər evdən işləmək tövsiyə olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































