Ər-Riyadda neft şirkətinin binasına raket qəlpələri düşdü

Ər-Riyadda neft şirkətinin binasına raket qəlpələri düşdü

Hazırda oxunan: Ər-Riyadda neft şirkətinin binasına raket qəlpələri düşdü
646655
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “Saudi Aramco” neft şirkətinə məxsus inzibati binaya raket qəlpələri düşüb.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, hadisə şəhərin Kral Abdullah Maliyyə Mərkəzində baş verib.
 

Binanın yuxarı mərtəbələrinə ziyan dəyib. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi binanın hücum cəhdi zamanı yerə düşən qəlpələr nəticəsində zədələndiyini açıqlayıb.


Nazirliyin məlumatına görə, binaya cüzi ziyan dəyib, ölən və xəsarət alan olmayıb.

Hadisədən əvvəl Ər-Riyadda güclü partlayış səsləri eşidilib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin paytaxt istiqamətində buraxdığı iki ballistik raketin vurulduğunu bildirib.
Koalisiya daha sonra Ər-Riyad və ölkənin cənub bölgəsi istiqamətində atılan iki qanadlı raketin də məhv edildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO