
- A-
- A
- A+
Şəmkirdə ağır qəzada xəsarət alanların SON durumu
Şəmkirdə ağır avtomobil qəzası zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər noyabrın 7-də saat 22:40-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Xəsarət alan 2002 və 2006-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi və sınıqları diaqnozu qoyulub.
Onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki şəxsin vəziyyəti stabil qiymətləndirilir.
2008-ci il təvəllüdlü şəxsə isə IV dərəcəli travmatik şok, kəllə-beyin travması, baş nahiyəsinin çoxsaylı xəsarətləri, alt çənə, bud və baldır sümüklərinin sınıqları diaqnozu qoyulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Noyabrın 8-də saat 04:20-də ölüm faktı qeydə alınıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































