"Zəfər turu": "Sabah" "Şamaxı"nı sınağa çəkəcək

"Zəfər turu": "Sabah" "Şamaxı"nı sınağa çəkəcək

Hazırda oxunan: "Zəfər turu": "Sabah" "Şamaxı"nı sınağa çəkəcək
646588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasında XI tura və I dövrəyə bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək.
 

İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 10 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 9 xalla doqquzuncu pillədə qərarlaşıb.


Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq. Ehtiyatda daha bir matçı olan paytaxt klubu 20 xalla üçüncü, qonaqlar 13 xalla yeddinci yerdədir.

Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.

Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO