Moskvanın mərkəzində 200-ə yaxın şəxs saxlanıldı

Moskvanın mərkəzində 200-ə yaxın şəxs saxlanıldı

Hazırda oxunan: Moskvanın mərkəzində 200-ə yaxın şəxs saxlanıldı
646638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 7-də axşam saatlarında Moskva polisi “Kitay-qorod” metro stansiyası yaxınlığında genişmiqyaslı reyd keçirib.

Bizim.Media xəbət verir ki, “Ostorojno, novosti” nəşrinin yazdığına görə, saxlanılmalar axşam saat 20:00 radələrində Bolşoy Spasoqlinişevski döngəsində yerləşən “Qorka” parkının yaxınlığında başlayıb. Əraziyə təxminən 10 ədəd məhbus daşıyan avtomobil gətirilib.

Şahidlərin sözlərinə görə, polis əməkdaşları gəncləri barların, mağazaların yaxınlığında və ətraf həyətlərdə saxlayıblar.

Onlar Basmannı və Taqanski polis şöbələrinə aparılıblar. Müxtəlif məlumatlara əsasən, saxlanılanların sayı 100-200 nəfər arasında dəyişir. Onların arasında yetkinlik yaşına çatmayanlar da var.
 

“Baza” teleqram kanalının iddiasına görə, ən azı 17 yeniyetmə ictimai yerdə spirtli içki qəbul etdiklərinə görə inzibati protokollaşdırılıb. Bir neçə saat sonra ilk saxlanılanlar polis şöbələrindən buraxılmağa başlayıb. Nəşrin məlumatına görə, sənədləşdirmə işləri başa çatdıqdan sonra yeniyetmələr qanuni nümayəndələrinə təhvil verilib.


Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi “Kitay-qorod” ərazisindəki saxlanılmaları profilaktik tədbirlərlə izah edib. Bildirilib ki, tədbirlərin məqsədi “ictimai asayişin təmin edilməsi, inzibati hüquqpozuntularının, o cümlədən ictimai yerlərdə spirtli içkilərin qəbul edilməsi ilə bağlı halların qarşısının alınması və aşkarlanması” olub. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO