ABŞ-da demokratlar Ukraynaya 15 milyard dollarlıq yeni yardım paketi hazırlayır

ABŞ-da demokratlar Ukraynaya 15 milyard dollarlıq yeni yardım paketi hazırlayır

Hazırda oxunan: ABŞ-da demokratlar Ukraynaya 15 milyard dollarlıq yeni yardım paketi hazırlayır
646594
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Konqresindəki demokratlar Ukraynaya yardımı artırmaq və Prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları yumşaltmasının qarşısını almaq üçün büdcə və parlament mexanizmlərindən istifadə etməyi planlaşdırırlar.

Bizim.Media xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, Demokratlar Partiyasının nümayəndələri 2027-ci ilin sonunadək qəbul edilməli olan müdafiə siyasəti haqqında qanun layihəsinə Kiyevə hərbi və enerji dəstəyini nəzərdə tutan müddəalar daxil etmək istəyirlər.
 

Bu məqsədlə ilkin olaraq təxminən 15 milyard dollar ayrılması planlaşdırılır. Nəşr yazır ki, Ukraynaya dəstək verən qanunvericilər təşəbbüsü Konqresin yeni tərkibi yanvarda fəaliyyətə başlamazdan əvvəl həyata keçirməyə ümid edirlər.


Demokratlar Ukraynaya kəşfiyyat dəstəyinin davam etdirilməsini nəzərdə tutan düzəlişlər də təklif edəcəklər.

Bununla belə, nəşrin məlumatına görə, onların prezidentin vetosunu aradan qaldırmaq üçün tələb olunan üçdə iki səs çoxluğu yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO