Ərdoğan sabah Qarabağa səfər edəcək

Ərdoğan sabah Qarabağa səfər edəcək

Hazırda oxunan: Ərdoğan sabah Qarabağa səfər edəcək
646569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sabah Qarabağa səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, səfər Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçiriləcək.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ərdoğan noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında noyabrın 8-də Azərbaycana gəlmək niyyətində olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO