Pakistanın Baş nazirindən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Pakistanın Baş nazirindən Zəfər Günü ilə bağlı paylaşım - Foto

Hazırda oxunan: Pakistanın Baş nazirindən Zəfər Günü ilə bağlı paylaşım - Foto
646613
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

8 Noyabr demək olar ki, üç onillikdən sonra ölkənin ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycan xalqının cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutu olub.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
 

"Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Pakistan o dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyurdu və onu hər zaman dəstəkləyəcək. Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini əyani şəkildə nümayiş etdirib", - o qeyd edib.


Baş nazir həmçinin Azərbaycana gələcək inkişaf və yeni uğurlar, Cənubi Qafqaza isə möhkəm sülh və ümumi rifaha doğru irəliləməyi arzulayıb.

Pakistanın Baş nazirindən Zəfər Günü ilə bağlı paylaşım - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO