XİN: Zəfər salnaməmiz gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaq

XİN: Zəfər salnaməmiz gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaq

Hazırda oxunan: XİN: Zəfər salnaməmiz gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaq
646583
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Qeyd olunub ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və qazanılan tarixi zəfər xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz əzminin təntənəsinə çevrilib:

"Bu möhtəşəm qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan tarixi yolun ən mühüm mərhələsi olmuşdur. Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir. Bu gün Azərbaycan qalib dövlət kimi regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi naminə səylərini qətiyyətlə davam etdirir.

Bu müqəddəs gün münasibətlə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün müharibə iştirakçılarına göstərdikləri fədakarlığa görə minnətdarlığımızı bildiririk. Qəhrəmanlarımızın əzmi və şücaəti xalqımızın yaddaşında daim yaşayacaq, zəfər salnaməmiz gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaqdır. Zəfər Günümüz mübarək olsun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO