Biləsuvarda anasının məzarı yaxınlığında ölü tapılan şəxslə bağlı detallar

Biləsuvarda anasının məzarı yaxınlığında ölü tapılan şəxslə bağlı detallar

Hazırda oxunan: Biləsuvarda anasının məzarı yaxınlığında ölü tapılan şəxslə bağlı detallar
646597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvarda anasının məzarı yaxınlığında meyiti tapılan şəxslə bağlı yeni təfərrüat məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Xırmandalı kənd qəbiristanlığında baş verib.

Bakıda ailəsi ilə birlikdə yaşayan 35 yaşlı Mövlud Firudin oğlu Mirzəyev təxminən bir həftə əvvəl anasının məzarını ziyarət etmək üçün doğulduğu Xırmandalı kəndinə gəlib.
 

Yaxınlarının sözlərinə görə, Mövlud Mirzəyev kəndə gəldikdən sonra hər gün qəbiristanlığa gedərək anasının məzarını ziyarət edib.


Onun meyiti anasının məzarı yaxınlığında aşkarlanıb. Mövlud Mirzəyevin hansı şəraitdə vəfat etdiyi və ölümünün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Mövlud Mirzəyev iki qardaşdan biri olub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO