
- A-
- A
- A+
Rusiya Avropa ilə müharibədə beş gün belə tab gətirə bilməz - Ekspert
Rusiya Avropa ilə açıq müharibə vəziyyətində beş gün belə davam gətirə bilməz.
Bizim.Media xəbər verir ki, bunu aviasiya eksperti Konstantin Krivolap Radio NV-nin efirində bildirib.
Ekspertin sözlərinə görə, son beş ildə Rusiyanın hava hücumundan müdafiə, zirehli texnika və aviasiya imkanları bəzi istiqamətlər üzrə iki, digərlərində isə üç dəfə azalıb. O, Rusiyanın canlı qüvvə itkilərini də xatırladıb.
Krivolap hesab edir ki, Avropa ölkələri F-35, F-15 və F-18 qırıcılarından istifadə etməklə Rusiyanın hərbi imkanlarını qısa müddətdə sıradan çıxara bilər. Onun fikrincə, Rusiyanın nüvə qüvvələri də bu vəziyyətdə ona kömək edə bilməz.
Ekspert əlavə edib ki, Avropa Rusiyanın təxribatlarını cilovlamağa çalışsa da, zərurət yaranacağı təqdirdə daha sərt addımlar ata bilər.
Bununla yanaşı, o vurğulayıb ki, Ukraynaya isə yalnız müqavimət göstərə bilməsi üçün kifayət edəcək qədər maliyyə və silah verilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































