
- A-
- A
- A+
Google məktəblilər üçün süni intellekt funksiyasını söndürüb
Google məktəb yaşlı uşaqların süni intellekt alətlərindən istifadəsinə məhdudiyyət tətbiq edib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, şirkət 12-ci sinfə qədər təhsil alan şagirdlərin hesablarında Gemini çatbotu, Gemini Notebook, Gemini in Classroom və Google Axtarışın süni intellekt funksiyalarını standart olaraq söndürüb.
Yeni qaydaya əsasən, məktəb rəhbərliyi xüsusi icazə vermədiyi halda şagirdlər həmin funksiyalardan istifadə edə bilməyəcəklər.
Məhdudiyyətlərin ABŞ-dan başlayaraq mərhələli şəkildə digər ölkələrdə də tətbiqi nəzərdə tutulur.
Qərar məktəblərdə süni intellektdən istifadənin yaratdığı narahatlıqlar fonunda qəbul edilib. Müəllimlər və valideynlər şagirdlərin ev tapşırıqlarını müstəqil yerinə yetirmək əvəzinə, süni intellekt vasitəsilə hazır cavablar əldə etməsindən narahatdırlar.
Bununla yanaşı, Google şagirdlərin mövzuları daha yaxşı mənimsəməsinə kömək edən Guided Learning funksiyasını da genişləndirir. Bu sistem hazır cavablar təqdim etmək əvəzinə, istiqamətləndirici suallar vasitəsilə tapşırıqların mərhələli şəkildə həllinə kömək edir.
Qeyd edək ki, dünyada 150 milyondan çox şagird Google Classroom platformasından istifadə edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































