Çin avtomobili BƏƏ-də sürət rekordu qırdı - Saatda 503,17 kilometr

Çin avtomobili BƏƏ-də sürət rekordu qırdı - Saatda 503,17 kilometr

Hazırda oxunan: Çin avtomobili BƏƏ-də sürət rekordu qırdı - Saatda 503,17 kilometr
646612
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin BYD şirkətinin istehsalı olan elektrik mühərrikli Yangwang U9 Xtreme hiperkarı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi əmirliyində saatda 503,17 kilometr sürətə çataraq dünya rekordu müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, sınaqlar Şeyx Xəlifə bin Zayed beynəlxalq avtomobil yolunun (E11) Əl-Dəfra bölgəsindən keçən hissəsində keçirilib.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) məlumatına görə, yeni nəticə avtomobilin 2025-ci ilin sentyabrında Almaniyada qeydə aldığı 496,22 km/saatlıq əvvəlki rekordunu üstələyib. Sükan arxasında almaniyalı pilot Mark Basseng olub.

İki gün davam edən sınaqlar çərçivəsində pilot dörd dəfə yürüş edib. Sınaqlar üçün magistralın 10 kilometrlik hissəsi bağlanıb, sürət ölçmələri isə onun 7 kilometrlik hissəsində aparılıb.
 

Yangwang U9 Xtreme “Guinness World Records”un iki rekordunu qazanıb. O, bir istiqamətdə hərəkət zamanı ən yüksək sürətə çatan seriyalı avtomobil və bu kateqoriyada ən sürətli seriyalı elektrik avtomobili kimi qeydə alınıb. Bundan əlavə, 500 km/saat həddini keçən ilk seriyalı avtomobil olub.


Hiperkar ümumi gücü 3000 at qüvvəsindən çox olan dörd müstəqil elektrik mühərriki ilə təchiz edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO