“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov

“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov

Hazırda oxunan: “Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
646558
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”la heç-heçə etdikləri matçı (2:2) şərh edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Dinamik oyun keçdi. Çoxsaylı qol epizodları yaratdıq, 2 qol vurduq, fərdi səhvlərdən isə 2 top buraxdıq. Oyunumuzda və inkişafımızda irəliləyiş göz qabağındadır. Yəqin ki, hakimlikdən danışacağımı gözləyirsiniz. Bu barədə danışmağa məcburam. Ötən tur qapımıza təyin olunan penalti qərarının yanlış olduğunu Rəhim Həsənov da təsdiqlədi. Bu matçda baş verənlər də göz qabağında idi. İlk qolumuz zamanı Əliyar Ağayev fit çaldı. Halbuki epizodun sonadək davam etməsinə imkan verə bilərdi. Xırda fol epizodlarında da üstünlük rəqibə verilirdi. Rəqib futbolçu özü topun əlinə dəydiyini etiraf edir, hakimlər isə bunun əl deyil, çiyin olduğunu bildirirlər. Təmiz qolumuzu da qeydə almırlar. Ögey münasibətlə üzləşmək istəmirəm. Futbolçular əziyyət çəkirlər. Son iki oyunda baş verənlər nəticəsində 4 xalımız əlimizdən alınıb. Bunu açıq deməkdən çəkinmirəm".

- Komandanız hər oyuna yaxşı başlayır, lakin sonda ya məğlub olur, ya da heç-heçə edir. Bunun səbəbi nədir?

- Sadə qollar buraxırıq. Artıq bir neçə oyundur ki, bu hal təkrarlanır. Bunun üzərində işləyirik. Beş yerli futbolçu ilə oynayırıq. Heyətimizdə ötən mövsüm 1-ci Liqada çıxış etmiş oyunçular da var. Bəzi səbəbləri mətbuatda açıqlamaq mümkün deyil. Amma bu vəziyyət bizi narahat edir.

- Mətbuatda futbolçuların bir neçə aydır maaş almadığı barədə xəbərlər yayılıb. Bu məlumatlar nə dərəcədə doğrudur?

- Maaşlar tam şəkildə ödənilib. Bəli, müəyyən gecikmə olmuşdu və bununla bağlı futbolçulara məlumat verilmişdi. Yeni komandayıq, bəzi oyunçuların hesablarının açılmasında gecikmə yaranmışdı. Hazırda klubun heç kimə borcu yoxdur.

- Sadə qollar buraxmağınızın səbəbi heyətdə təcrübəli müdafiəçinin olmaması ola bilər?

- Büdcəmizə uyğun çox yaxşı komanda qurmuşuq. Mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra bəzi legionerlərimizlə bağlı müzakirələr gedirdi. Onlardan biri də Bafode Dansokodur. Artıq iki turdur ki, çox yaxşı futbol oynayır. Müdafiəçilərimizin çıxışından ümumilikdə narazı deyiləm. Sadəcə, qol epizodlarına qədər müəyyən səhvlərə yol veririk və bunlar qolla nəticələnir. Hazırda transferlə bağlı addım atmaq imkanımız yoxdur. Mövcud futbolçularla işləyərək problemləri həll etməliyik (QOL.az). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO