Kürdəmirdə kişi arvadını telefonla döydü

Kürdəmirdə kişi arvadını telefonla döydü

Hazırda oxunan: Kürdəmirdə kişi arvadını telefonla döydü
646607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə kişi arvadını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəfə zərbələr vuraraq xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanıb.
 

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, içki aludəçisi olduğu üçün arvadı ilə münasibətləri pisdir. O, əməlindən peşman olduğunu deyib. Zərərçəkən qadın isə əri spirtli içkidən uzaq duracağı təqdirdə onu bağışlayacağını və şikayətçi olmayacağını qeyd edib.


Məhkəmənin qərarı ilə Cəfər İmanov 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO