Azərbaycandakı 5-ci kolon üzvləri kimlərdir? – Tural Abbaslı və Sərdar Cəlaloğlundan İŞARƏLƏR

Hazırda oxunan: Azərbaycandakı 5-ci kolon üzvləri kimlərdir? – Tural Abbaslı və Sərdar Cəlaloğlundan İŞARƏLƏR

47970

“5-ci kolon bir dövlətin tərkibində başqa bir dövlətin maraqlarını güdən qrupun varlığı deməkdir. Bu da həmin qruplar da xaricdən gələn sifarişlərin daxildə yerinə yetirir və kənar qüvvələrin maraqlarını Azərbaycanda təmsil etməyə başlayır.

Təbii ki, bu qüvvələr bağlı olduğu ölkələrdən, xüsusi qurumlardan maliyyələşirlər. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanda İranın və Qərb dövlətlərin agenturası daha güclü fəaliyyət göstərir. Onlar ölkənin uğurunu, sabitliyini sarsıtmaqla məşğuldurlar. Dövlətimiz üçün ən məsuliyyətli məqamlar ortaya çıxanda onlar hər dəfə dövriyyəyə girirlər”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Ağ partiyasının rəhbəri Tural Abbaslı deyib. O bildirib ki, bu cür qüvvələr ölkədə stabillik hökm sürəndə daha aktivləşirlər. Partiya başqanı düşünür ki, bu insanlar mütləq şəkildə ifşa olunmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

“5-ci kolon Azərbaycanda fahişəliyi təbliğ edir” – Ərəstun Orucludan konkret ADLAR


“Bu insanları gizli saxlamaq yox, cəmiyyət içində ifşa etmək lazımdır. Burada xüsusi xidmət orqanlarının fəaliyyəti çox önəmlidir, lakin bu işdə cəmiyyət də yetərincə ayıq-sayıq olmalıdır. Bu agenturanın təkcə siyasi deyil, media, təhsil, iqtisadiyyat sahəsində də fəaliyyətləri var. Lakin onların ən böyük silahı daxili provakasiya ilə məşğul olmalarıdır.  Ancaq burada da xalqın böyük çəkisi var. Çünki hər kəs ayıq-sayıq olsa bu təxribatlar baş tuta bilməz”.

Tural Abbaslı düşünür ki, bu insanlara qarşı qanunlar daha sərt olmalıdır ki, hamıya dərs olsun. 

“Düşünürəm ki, hökumət  bu məsələlərdə daha sərt qərarlar verməlidir ki, hamıya dərs olsun. Digərləri də bu cəzalardan dərs çıxarıb, belə qrupların üzvü olmağa maraq göstərməyəcək. Hətta külli miqdarda vəsait qarşılığında belə. Ancaq onlar görsələr ki, 5-ci kolona xidmət edərkən, həm daxildə, həm də xarici qüvvələr tərəfindən maraq görürlər onda daha da aktivləşəcəklər. Satqınlar  və xəyanətkarlar keçmişdə də olub, bu gün də var. Əvvələr belə insanlar birbaşa edam olunurdular”.

Partiya rəhbəri xaricdən Azərbaycanda təxribat törətmək istəyən insanlardan da söz açıb. O, bildirib ki, bu gün müxtəlif qruplar Azərbaycana qarşı çirkin mübarizə aparır.

“Avropa da oturub bu işlə məşğul olanlara baxın, insanda bir sual yaranır adam nə ilə dolanır? Nə yeyir? Təbiiki ona bunun üçün müəyyən vəsait ayrılır. 5-ci kolon nümayəndələri öz aralarında kordinəli formada fəaliyyət göstərir və bu insanları idarə edirlər. Bəzən görürsən ki, orda otura-otura bizim bilmədiyimiz şeyləri səsləndirirlər. Adama deyərlər hardan bilirsən? Açıq-aydın görünür ki, birbaşa Azərbaycanda fəaliyyət göstərən şəbəkədən məlumat alırlar”.
 

Azərbaycan Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlunun fikrincə isə bu gün Azərbaycanda oturub daxili ixtişaş yaradan insanların çoxu vaxtilə Sovet hakimiyyətinə xidmət edən insanlardır. 


“Bu insanlara təcili olaraq dövlətdə təmsil olunmaqlarına qadağa qoyulmalıdır. Yalnız bu halda bu şəbəkənin kökünü kəsmək olar. Bütün dünyada bir rejimdən başqa birinə keçdikdə kadrlar da tamamilə yenilənir.

Azərbaycanda çox təəssüf ki, komunist partiyasının qalıqları hələ də qalıb. Bu insanları şüuruna, təcrübəsinə və əqidəsinə görə özlərini biruzə verirlər və heç nə gizlədə bilmirlər. Təcili olaraq kadr islahatları aparılb, bu insanların hakimiyyət orqanlarından uzaqlaşdırmaq lazımdır. Mən bunun həll yolunu belə görürəm”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO