Dini liderlərin Moskva GÖRÜŞÜ – “Rusiya İrana yerini göstərdi” – Sahib Alıyev 

Dini liderlərin Moskva GÖRÜŞÜ – “Rusiya İrana yerini göstərdi” – Sahib Alıyev 

Hazırda oxunan: Dini liderlərin Moskva GÖRÜŞÜ – “Rusiya İrana yerini göstərdi” – Sahib Alıyev 

41419

Xəbər verdiyimiz kimi, bu gün Moskva şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli qapalı görüş keçirilib. Görüş yenicə baş tutub və hər hansı konkret açıqlama verilməyib. 

Görüşün qapalı keçməsi başa düşülən olsa da daha çox marağın yaranmasına gətirib çıxarıb. 

Görüş hansı mövzuları əhatə edib? 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini Sahib Alıyev Azərbaycan tərəfindən saxlanılan erməni diversantları mövzusunun görüşün gündəliyinə salına biləcəyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Patriarx Kirill: “Azərbaycan və Ermənistan liderlərinin bugünkü dialoqu hamı üçün nümunəvi olacaq” - VİDEO


“Şübhəsiz ki, bu görüşdə Ermənistan tərəfi təxribatçı qrupun üzvlərinin qaytarılması məsələsini gündəmə gətirəcək. Lakin bunun qarşılığında Azərbaycan dini liderinin də qaldıra biləcəyi xeyli sayda mühüm mövzular var.

Qeyd olunan məsələlərə, dəqiq mina xəritələrinin Azərbaycana verilməsi və bizim hələ Birinci Qarabağ savaşı dönəmindən erməni əsirliyində olduğunu düşündüyümüz (Beynəlxalq Qızıl Xaç komitəsi də bunu təsdiq edib) 270-dən çox vətəndaşımız var. Həmin şəxslərin taleyi ilə bağlı məsələlər Qafqaz Müsəlmanları İdarəsinin sədri tərəfindən qabardıla bilər. O dövrdə əsir götürülənlərin 20-dən çoxu uşaqlar idi.

Ola bilsin ki, ahıl yaşlarında əsir götürülənlər artıq dünyasını dəyişib, bəs uşaqların taleyi necə olub? Əsirlər məsələsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycana hələ də heç bir dəqiq bilgi verilməyib. Bundan əlavə, Birinci Qarabağ Savaşında əsir və girov götürülən 4000-dən çox vətəndaşımızın da taleyi hələ də bəlli deyil”.

Millət vəkilinin fikrincə, II Qaregin tərəfindən diversantlar məsələsinin qabardılması Azərbaycan tərəfi üçün böyük problem kimi görünməməlidir: 

“Təbii ki, II Qaregin tərəfindən diversantlar məsələsi qabardıla bilər. Lakin erməni dini liderin bu cəhdi bizim üçün o qədər də böyük problem kimi görülməməlidir. Çünki qarşılığında bizim qaldıra biləcəyimiz məsələlər də kifayət qədərdir.

Bütövlükdə isə, dini liderlər bu yöndə müəyyən çağırışlar edə bilərlər. Amma bu məsələlər, dini liderlərin həll edə biləcəkləri problemlər deyil. Azərbaycan tərəfinin sözügedən məsələdə mövqeyi isə bəllidir; Minalanmış ərazilərinin dəqiq xəritələrinin Azərbaycana verilməsi.
 

Cənab Prezident çıxışında bu məsələdən danışarkən “minaların harada basdırıldığı yox, dəqiq yerlərinin göstərildiyi xəritələrin verilməsi” məsələsini xüsusilə qabartmışdı. Bunun qarşılığında Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, İrəvana müəyyən jestlər edilə bilər”.


Sahib Alıyev dini liderlərin görüşünün siyasi aspektlərinə də toxunub. Millət vəkilinin fikrincə, Rusiya tərəfinin bu görüşü təşkil etməkdə xüsusi səbəbləri olub:

“Rusiyanın dini liderlərin görüşünü təşkil etməkdə əsas məqsədi, ilk növbədə Cənub Qafqazın iki dövləti arasında problemlərin həllində Moskvanın moderator rolunda çıxış etdiyini İrana xatırlatmaqdır. Hətta dini müstəvidə belə, məsələ bu cürdür. Xüsusilə də, İranda din faktorunun nə qədər önəmli olduğunu nəzərə alsaq, dini liderlərin Moskvada görüşünü təşkil etməklə Tehrana yeri və həddi göstərilir.”

Sahib Alıyev görüşlə bağlı fikirlərini bu cür yekunlaşdırıb:

“Əgər bu cür görüşlər düşmənçiliyin aradan qaldırılmasına, özəlliklə də həm Qarabağda, həm də Ermənistanda, bizim dədə-baba torpaqlarımızda azərbaycanlılarla hayların, ermənilərin müəyyən atmosferin formalaşdırılmasına xidmət edəcəksə, bu addımı yalnız alqışlamaq olar”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO