Vidadi Mirkamaldan müxalifət liderlərinin ünvanına şok ittiham

Vidadi Mirkamaldan müxalifət liderlərinin ünvanına şok ittiham

Hazırda oxunan: Vidadi Mirkamaldan müxalifət liderlərinin ünvanına şok ittiham

39709

Görəsən Milli Şuranı ölümlə üzləşən xəstə təcili tibbi yardıma möhtac olduğu kimi düşmüş olduğu böhrandan təxirəsalınmaz tədbirlərlə çıxarmaq olarmı? Görəsən gələn həftəyə planlaşdırılan sessiya dərdlərə əncam olacaqmı, nəhayət, sular durulacaqmı? Gedənlərin yerini  necə və hansı yolla doldurmaq olar?

 

Moderator.az bütün bu suallarla Milli Şuranın üzvü Vidadi Mirkamala müraciə edib. Onun fikirlərini təqdim edirik:

“Düşünürəm ki sessiya suların durulmasına xidmət edən alət deyil. Əksinə, suları duruldub sessiyanı çagırmaq lazımdır. Ona qədər isə təxirəsalınmadan MŞ-nın siyahısı təzələnməlidir. İdarəçilik orqanları təsis edilməlidir. MŞ-nın məram və məqsədləri dəqiq müəyyən edilməlidir. Komissiyaların yaradılması başa çatdırılmalıdır. Yalnız bunlardan sonra sessiya çagırılmalıdır və sadaladığım məsələlər sessiyanın müzakirəsinə verilməlidir. Ziyalıların və gənclərin MŞ sıralarına qatılmasına yaşıl işıq yandırılmalıdır. Qarşılıqlı ittihamlara və dedi-qodulara birmənalı şəkildə son verilməlidir. İnsanlar artıq bu hallardan yorulub və vəziyyətin belə davam etməsi bizlərə yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, MŞ vaxt itirmədən aktiv fəaliyyətə başlamalıdır.”

“Ölkənin tanınmış və müxalifət liderlərindən bu və ya digər səbəbdən incik düşmüş ziyalıları ilə görüşərək onları MŞ-ya cəlb etmək missiyasını öz üzərinizə götürməyə hazırsınızımı” sualına cavabında Vidadi bəy bildirdi ki, “bu görüşlərimiz qeyri rəsmi həmişə olur. Ziyalılarımızın da müxalifət liderlərinə cavabı olmayan xeyli sualları var. Lakin bu sualları hər müxalifət lideri öz prizmasından və partiya mövqeyindən cavablandırır və bu cavablar da ziyalıları qane etmir. Bu vəziyyət də hələ ki, davam edir və ziyalıları fəal mövqedən  çəkindirir.”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO