İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

Hazırda oxunan: İranın gizli “silahı” ÜZƏ ÇIXDI – Dünyanı internetsiz qoya bilərlər – DETALLAR

611431

ABŞ-ın İranın enerji infrastrukturuna mümkün hücumları fonunda rəsmi Tehran Hörmüz boğazının dibi ilə çəkilmiş optik lif kabellərini sıradan çıxara bilər. Bu isə təkcə Fars körfəzi regionunda deyil, qlobal miqyasda kommunikasiya və rəqəmsal infrastrukturda genişmiqyaslı fasilələrə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə İranın “Jawan” nəşri yazıb. 

Boğazın və Qırmızı dənizin dibi boyunca sıx kommunikasiya kabel şəbəkəsi mövcuddur. 

Bildirilir ki, Qırmızı dənizdən təxminən 17 kabel keçir, Hörmüz boğazında isə ən azı 7 iri kabel fəaliyyət göstərir. Bu xətlər region ölkələrini qlobal şəbəkə ilə birləşdirərək Yaxın Şərqdəki məlumat mərkəzlərini Avropa, Asiya və Afrika ilə əlaqələndirir.

Qeyd olunur ki, Hörmüz boğazı yalnız neft tankerləri və ticarət gəmiləri üçün strateji su yolu deyil. Onun dərinliklərində Asiya ilə Avropanı birləşdirən və qlobal iqtisadiyyatın fəaliyyətini təmin edən optik lif kabellər yerləşir. ABŞ və İsrailin İrana qarşı koordinasiyalı hücumlarının enerji bazarlarına təsiri geniş müzakirə olunsa da, sualtı kabellərlə bağlı risklərin böyük ölçüdə diqqətdən kənarda qaldığı vurğulanır.

Nəşr bildirir ki, BƏƏ, Qətər, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İraq kimi ölkələr bu kommunikasiya marşrutlarından yüksək səviyyədə asılıdır və bu asılılıq İranla müqayisədə daha yüksək qiymətləndirilir. Araşdırmalara görə, sualtı kabellər vasitəsilə hər gün təxminən 10 trilyon ABŞ dolları dəyərində maliyyə məlumatı ötürülür.

Məlumata əsasən, bu kabellərin zədələnməsi halında peyk interneti, xüsusilə Starlink şəbəkəsi qlobal məlumat mübadiləsini qismən təmin edə bilər. 

“Tasnim” agentliyi yazır ki, 2025-ci ilin sonuna qədər Starlink-in dünyada təxminən 150 aktiv yerüstü stansiyası olub, əlavə 30 obyekt isə tikinti və ya təsdiq mərhələsindədir. 

“Quilty Space” analizinə görə, 2026-cı ildə bu say 500-ü keçə bilər.

Lakin vurğulanır ki, Starlink-in işləməsi üçün zəruri olan yerüstü stansiyaların qurulması böyük həcmli avadanlıqların dəniz yolu ilə daşınmasını tələb edir. Bu avadanlıqlar əsasən ABŞ və Avropadan Hörmüz boğazı vasitəsilə Yaxın Şərq və Şərqi Afrikaya çatdırılır. Boğazın bağlanması isə bu daşımaları faktiki olaraq iflic vəziyyətinə sala bilər.

Mütəxəssislər qeyd edir ki, Starlink üçsəviyyəli arxitekturaya malikdir: aşağı Yer orbitində peyklər, yerüstü (şlüz) stansiyalar və istifadəçi terminalları. İstifadəçi antenaları birbaşa peyklərlə əlaqə qursa da, peyklər qlobal internetə çıxış üçün mütləq yerüstü stansiyalar vasitəsilə optik lif şəbəkəsinə qoşulmalıdır.

Bu stansiyalar olmadan peyk siqnallarının ötürülməsi mümkün deyil.

Həmçinin bildirilir ki, sualtı kabellər hazırda qlobal internet trafikin 97 faizdən çoxunu təmin edir. Müasir kabellərdə bir cüt optik lif saniyədə 224 terabit ötürmə qabiliyyətinə malik olduğu halda, minlərlə peykdən ibarət Starlink şəbəkəsinin ümumi ötürmə gücü bundan xeyli aşağıdır.

Ekspertlər əlavə edir ki, iri ölçülü yerüstü stansiyaların hava yolu ilə daşınması iqtisadi və logistik baxımdan praktiki deyil. Hörmüz boğazının bağlanması isə alternativ marşrutlardan – məsələn, Afrikanın Ümid burnu ətrafından keçməyi zəruri edir ki, bu da daşınma müddətini ən azı 25–30 gün artırır.

Beləliklə, Hörmüz boğazında yaranan böhran peyk internetinin tam müstəqil alternativ olması barədə geniş yayılmış fikirləri şübhə altına alır. Mütəxəssislərin qənaətinə görə, Starlink-in əsas zəif nöqtəsi kosmosda deyil, məhz yerüstü infrastrukturun dəniz yolu ilə daşınmasından asılılığındadır.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO