Dubai Marina-da tikilməkdə olan göydələndə yanğın oldu - VİDEO

Dubai Marina-da tikilməkdə olan göydələndə yanğın oldu - VİDEO

Hazırda oxunan: Dubai Marina-da tikilməkdə olan göydələndə yanğın oldu - VİDEO

611494

Dubayın Dubai Marina rayonunda tikilməkdə olan hündürmərtəbəli binada yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə mayın 6-da səhər saatlarında Al Habtoor Grand yaxınlığında qeydə alınıb.
 

Məlumata görə, yanğın barədə Dubai Civil Defence Operations Room-a saat 07:06-da məlumat daxil olub. Al Marsa yanğınsöndürmə məntəqəsinin əməkdaşları hadisə yerinə 7 dəqiqə ərzində çatıblar.


Dubai Mülki Müdafiə İdarəsinin məlumatına əsasən, yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerindən yayılan görüntülərdə binadan qalxan qara tüstü sütununun Dubai Marina və JBR ərazisindən göründüyü əks olunub.

Yanğının başvermə səbəbi araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO